Sentyabrın 5-də Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri Səidə Qocamanlı, Eldar Zeynalov, Novella Cəfəroğlu, Leyla Yunus, Əvəz Həsənov hazırda Bakıya səfər etmiş ATƏT-in hazırkı sədri Dmitri Rupellə görüşüb. Bu barədə Trend ə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdə Dmitri Rupelə Azərbaycanda seçkiabağı vəziyyətlə bağlı geniş məlumat verilib. N.Cəfəroğlu: "Əsasən Yeni Müsavat Partiyasının fəalı Pirəli Orucovun və "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin seçkiqabağı siyasi həbsi, Azərbaycanda fəaliyyət göstərən telekanallarda müxalifətə qarşı davam edən "qara piar"la bağlı narahatlığımızı bildirdik".
N.Cəfəoğulunun sözlərinə görə, görüşdə həmçinin Seçki Məccələsinin xaricdən 30 faiz maliyyələşən QHT-lərlə bağlı məlum qadağaları, seçici vəsiqəsi ilə bağlı təkliflər, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələlər də qaldırılıb.
"Bildirdik ki, əgər bu məsələlər Azərbaycanda həllini tapsa o zaman həqiqətən də ədalətli və azad seçki keçiriləcəyinə ümid bağlamaq mümkündür" - deyə hüquq hüquq müdafiəçisi bildirib.