...

BUNDAN SONRA AZƏRBAYCAN VƏTƏNDAŞLARI TƏBRİZİN BEYNƏLXALQ HAVA LİMANINDAN TURİST VİZALARI ALA BİLƏCƏKLƏR

Cəmiyyət Materials 6 Sentyabr 2005 17:40 (UTC +04:00)

Bundan sonra Azərbaycan vətəndaşları Təbrizin beynəlxalq hava limanından turist vizaları əldə edə biləcəklər. İranın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi Lütfəli Əzimzadənin Trend ə verdiyi məlumata görə, turist vizaları 7 sutka ərzində veriləcək.

"İran İslam Respublikasının XİN-nin və İran hökumətinin çıxardığı qərara əsasən, belə vizalar Tehrana səfər etmək istəyən bütün əcnəbilərə təqdim olunacaq" - deyə L.Əzimzadə bildirib. Onun sözlərinə görə, ölkənin əsas beynəlxadq hava limanlarından, o cümlədən də Təbrizdən müvəqqəti turist vizalarının verilməsi xarici vətəndaşların İrana işgüzar və turist səfərlərinin asanlaşdırmaq, eləcə də İranın digər xarici ölkələrə, eləcə də Azərbaycana beynəlxalq turist əlaqələrinin inkişafı və dərinləşməsi məqsədi daşıyır.

Vizaların verilməsinin yeni qaydası İranın XİN-nin və İran hökumətinin təklifi ilə həyata keçirilir. Vizaların qiyməti dəyişilməz qalır. Hazırda Bakı-Təbriz aviareysi mövcuddur.

Hazırda vizaların verilməsinin yeni qaydası TəbrizÖ Tehran, Məşhəd və Şiraz beynəlxalq hava limanlarında həyata keçirilir. Yaxın vaxtlarda belə vizaların verilməsinə İsfahan aeroportunda da başlanılacaq. Müvəqqəti turist vizaları İranın bütün ərazisində qüvvədədir.

Xəbər lenti

Xəbər lenti