Azərbaycanın təhsil nazirliyi ölkədə təhsil sisteminin təkmilləşdirilməsinə yönəldilmiş yeni proqramların gerçəkləşdirilməsinə başlayıb.Nazirlikdə Trend ə bildirilib ki, sentyabrın əvvəlindən Bakı və Sumqayıtın orta məktəblərində kompyuterləşdirmə proqramlarının gerçəkləşdirilməsinə başlanılıb.
Bu proqram çərçivəsində Bakı və Sumqayıtın 210 ümumtəhsil məktəbinin kompyuterləşdirilməsi nəzərdə tutulur.Proqram 3 il müddətinə nəzərdə tutulub.
Bu il hökumət proqramın birinci mərhələsinin gerçəkləşdirilməsinə artıq $4 mln. ayırıb.Nazirlikdə bildirilib ki, bu vəsaitin yarısından çoxu informasiya texnologiyaları və avadanlığının alınmasına, qalan hissəsi isə mütəxəssis- müəllimlərin hazırlanması və səviyyəsinin artırılmasına yönəldiləcək.Proqram çərçivsəində 100 müəllim treninqdən keçərək müvafiq sertifikat alıb və məktəblərə göndərilib.
Ümumiyyətlə üçillik proqram ölkənin 4500 ümumtəhsil məktəbinin kompyuterləşdirilməsini nəzərdə tutur.Hökumət öncə bunun gerçəkləşdirilməsinə $ 20 mln.ayırmağa niyyətli idi, indi isə bu vəsaiti $30 mln.-dək artırmağı planlaşdırır.
Növbəti proqram məktəblərin mühüm ləvazimatla - parta, lövhə, stul və s. ilə təmin edilməsidir.Tədris ilinin başlanmasınadək nazirlik bir sıra məktəbləri bu ləvazimatlarla təmin edəcək.