...

AĞAYAR AXUNDZADE: "CÜDO YIĞMASI QAHİRƏDƏ ÖZ VƏZİFƏSİNİ MİNİMUM YERİNƏ YETİRİB"

Cəmiyyət Materials 13 Sentyabr 2005 14:18 (UTC +04:00)

"Azərbaycan yığması cüdo üzrə dünya çempionatında bir medal qazanmaqla öz vəzifəsinin minimum yerinə yetirib".Bu barədə Trend ə komandanın baş məşqçisi Ağayar Axundzadə Qahirədə dünya çempionatının yekunlarını şərh edərkən bildirib.

Məşqçi qeyd edib ki, yarışda özünü ən yaxşı Nicat Şıxəlizadə (60 kq) göstərib. İlk döyüşdə məğlubolmasına baxmayaraq, bütün sonrakı mərhələlərdə qalib gəlib və üçüncü yeri tutub. "İdmançı bizi yaxşı mənada təəccübləndirdi və onun dərəcəsi özünü doğrultdu", - deyə mütəxəssis qeyd edib.

Digər cüdoçuların çıxışlarından danışan A.Axundzadə qeyd edib ki, bəzilərinin püşkatmada bəxti gətirməyib. Belə ki, üçqat Avropa çempionu Elçin İsmaylov (66 kq) artıq ilkin mərhəldə Yaponiyadan olan rəqibi ilə tatami üzərinə çıxaraq məğlub olub.

"Mütləq kateqoriyada Movlud Mirəliyevin də medal uğrunda mübarizə aparmaq şansı var idi, lakin aldığı zədə ona mükafat uğrunda mübarizə aparmağa imkan vermədi", - deyə məşqçi sonda bildirib.

Xəbər lenti

Xəbər lenti