...

AZƏRBAYCAN GİMNASTLARI "SANKT-PETERBURQUN İNCİLƏRİ" TURNİRİNDƏ DÖRDÜNCÜDÜRLƏR

Cəmiyyət Materials 15 Sentyabr 2005 16:15 (UTC +04:00)

Azərbaycan gimnastaları "Sankt-Peterburqun inciləri" beynəlxalq turnirində 4-cü yerə layiq görülüblər.

Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Olesya Aleninanın daxil olduğu qrup 5 lent və 3 çənbərlə (2 gürzlə tikisiz) çıxış edərək 28.465 bal toplayıb. Mütəxəssislərin sözlərinə görə, komandanın çıxışları getdikcə yaxşılaşır və o, dünya birinciliyində optimal formada iştirak edəcək.

Birinci yeri Rusiya, ikinci yeri Belarus, üçüncü yeri isə Polşa yığmaları tutub. Ukrayna və Sankt Peterburqun güclü komandaları isə Azərbaycandan da geridə qalıb.

Yarışlar olimpiya çempionu Alina Kabayevanın iplə çıxışı ilə yadda qalıb. O, Bakıda keçiriləcək dünya çempionatının komanda hesabında məhz iplə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti