...

POLŞA PROFESSORU AZƏRBAYCAN TARİXİNİN BƏZİ MƏQAMLARINI ARAŞDIRIR

Cəmiyyət Materials 15 Sentyabr 2005 20:09 (UTC +04:00)

Polşa tarixçisi, professor Ancey Furyer Azərbaycan tarixinin XIX əsrin sonu XX əsrin əvvəllərinə aid bəzi məqamlarını, eləcə də Polşa-Azərbaycan arasında həmin dövrdə olan münasibətləri araşdırmaq üçün Bakıya gəlib.Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər zamanı o, Azərbaycanın tariçi alimləri ilə görüşlər keçirəcək, regionlara səfərlər edəcək, ictimaiyyətlə görüşəcək.

Səfər çərçivəsində həmçinin tarixçinin mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Professor Ancey Furyer (Andrzej FURIER, 1960-cı il təvəllüdlü) Cənubi Qafqazın ən yeni tarixinin tanınmış tədqiqatçısıdır.O, onlarla elmi məqalənin, eləcə də bir neçə kitabın müəllifidir.

Həmin kitabların arasında ""Zaqafqaziya diyarı" XX əsrin 20-30-cu illərində Polşa diplomatlarının hesabatlarında", eləcə də "Gürcüstan - müstəqilliyə yol" kimi xüsusi əhəmiyyət kəsb edən əsərlər də vardır.

Xəbər lenti

Xəbər lenti