Xorvatiyada keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatının üçüncü günü azərbaycanlı voleybolçular Almanyia voleybolçuları üzərində 3:0 (26-24,25-14,25-21) hesabı ilə inamlı qələbə qazanıblar. Trend in məlumatına görə, almanlar təkcə bir partiyada bizim qızlara inadlı müqavimət göstərib.
İkinci setdə bizimkilərin üstünlüyü artıq hiss olunub. Lakin komandanın lideri N.Məmmədovanın qətiyyən özünü doğrultmayan risqi və fədakarlığı oyunun 21:12 hesabı ilə başa çatdırsa da, bu, bizim komandamızı sonrakı həlledici matçdan məhrum edə bilərdi. Lakin bu dəfə hər şey yaxşı qurtardı.
Bu qrupda ötən gün Serbiya və Çernoqoriya komandaları rumınları 3:2 hesabı ilə məğlub ediblər, polyaklar isə 3:1 hesabı ilə xorvatlar üzərində növbəti qələbəni qazanıblar. Beləliklə, A qrupundakı 3 turdan sonra Polşa yığması 6 xal, Azərbaycan 5 xal (6:4), Serbiya və Çernoqoriya həmçinin 5 xal (7:6), rumınlar 4 xal, almanlar isə 3 xal qazanıblar.
Sabah çempionatın yarımfinal matçında Azərbaycanla Serbiya və Çernoqoriya yığmaları arasında əsas matç keçiriləcək.