...

BU İL AZƏRBAYCANA TƏXMİNƏN 2,3 MLH. TURİSTİN GƏLƏCƏYİ GÖZLƏNİLİR

Cəmiyyət Materials 30 Sentyabr 2005 14:51 (UTC +04:00)

2005-ci ildə Azərbaycana təxminən 2,3 mln. tupistin gələcəyi gözlənilir. Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyində bildirilib.

Nazirliyin proqnozuna görə, ilin sonunadək ölkəyə ötən ilin 1,4 mln. göstəricisinə nisbətən 40-50% daha çox turist gələcək.Nazirlikdə qeyd olunub ki, son bir neçə ildə ölkəyə gələn turistlərin statistikasında dinamik artım müşahidə olunur. 2003-cü ildə Azərbaycana gələn turistlərin sayı ötən ilin göstəricisindən 33% az təşkil edirdi.

Son 3 il ərzində ölkədə turizm şirkətlərinin sayı 7 dəfə artıb, 52 müəssisə, otel, mehmanxana və turistlərə xidmət edən digər obyektlər yaradılıb.İlin sonunadək daha 20 obyektin tikintisi planlaşdırılır.

Bu il otel və mehmanxana tipli obyektlərin sertifikatlaşdırma prosesi davam edir. 2004-cü ildə 15 otel və obyektdən yalnız 6 otel müvafiq ulduzlar aldısa, cari ilin 8 ayı ərzində 12 otel və mehmanxana sertifikatlar aldı.

Xəbər lenti

Xəbər lenti