Sambo üzrə Azərbaycanın gənclərdən ibarət yığması oktyabrın 13-də Salonikdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Trend in xəbər verdiyi kimi, komandanın tərkibinə İlqar Məmmədov (56 kq), Cəsarət Allahverdiyev (60 kq), Əfqan Abdullayev (48 kq), Elçin Ramazanov (65 kq), İbrahim Quliyev (75 kq), Həbib Əliyev (78 kq), Əli İsmayılov (57 kq), Amil Qasımov (62 kq), İslam Qasımov (52 kq), Zabil Fərhadov (68 kq), Asif Cəfərbəyov (82 kq) və Vasif Cəfərbəyov (100 kq) daxildirlər.
Yığmanın baş məşqçisi Mübariz İbrahimov hesab edir ki, atletlər demək olar ki, bütün çəki dərəcələrində mükafat qazana bilərlər. Onların əsas rəqibləri isə Rusiya, Ukrayna, Gürcüstan və Belarus idmançıları olacaq.