...

"Trend" Azərbaycanda seçki kampaniyasını obyektiv işıqlandıran liderlərdən biridir

Cəmiyyət Materials 31 Oktyabr 2005 17:35 (UTC +04:00)

Trend analitik informasiya agentliyi Azərbaycanda "seçki kampaniyasını daha obyektiv işıqlandıran" iki informasiya agentliyindən biri elan edilib. Trend bildirir ki, bu məlumatları oktyabrın 31-də Bakıda keçirilən mətbuat-konfransında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti Vəli Əlibəyov cari ilin sentyabrın 9-dan oktyabrın 31-dək AVCİYA ekspertlərinin respublika KİV orqanlarının fəaliyyətinə dair keçirdiyi monitorinqin yekunlarını açıqlayarkən bəyan edib.

"Bugünkü gündə Trend və "APA" informasiya agentliklərinin bülletenləri keyfiyyət etibarilə qalan üç agentliyin (Em-Pi-Ey, AzərTAc, Turan) buraxılışından öz operativliyi ilə fərqlənir"-deyə AVCİYA-nın vitse-prezidenti bildirib və qeyd edib ki, seçki prosesinin işıqlandırılmasında məhz Trend beynəlxalq strukturların mövqeyinin nəzərə alınmasına daha böyük diqqət ayırır.Deputatlığa namizədlərə ödənişli təşviqat vaxtının təqdim edilməsində yalnız "APA" agentliyi həmin üsuldan istifadə edir.

V. Əlibəyov bildirib ki, monitorinq çərçivəsində Azərbaycanın 6 telekanalı, 17 qəzeti və 5 informasiya agentliyinin fəaliyyəti respublikada seçkiqabağı vəziyyətin obyektiv işıqlandırılması mövzusu əsasında araşdırılıb.

Qeyd olunub ki, məhz "Turan" agentliyinin KİV orqanı kimi "operativ və çoxplanlı" olması ilə fərqlənməsinə baxmayaraq faktların və hadisələrin informasiya olaraq verilməsinin tarazlanması məsələsində müəyyən problemləri vardır.

Azərbaycanın mətbuat orqanları arasında hesabat dövründə seçki kampaniyasını daha geniş işıqlandıran (məqalələrin sayına görə) "Bakı Xəbər" və "Yeni Müsavat" qəzetləri, nəşr sahəsinin həcminə görə isə "Azadlıq" qəzetidir. "Gün Səhər", "Kaspi", "Ekspress", "525-ci qəzet", "Zerkalo" və "Exo" - "qara piardan uzaq" olan mətbu orqanlar elan edilib.

Elektron KİV arasında hadisələrin tarazlı işıqlandırılması daha çox "ANS" və İctimai televiziyanın veriliş aə proqramlarında müşahidə olunub. "AzTv" istisna edilməklə qalan telekanalların efiri həmin standarta qismən müvafiq olub. Beynəlxalq rəyin işıqlandırılması məsələsində Azərbaycan telekanalları arasında "ANS" telekanalı liderdir.

Xəbər lenti

Xəbər lenti