Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Xantı-Mansiyskdə şahmat üzrə keçirilən dünya Kubokunun birinci raundunun ikinci partiyasında 31-ci gedişdə ağ fiqurlarla oynayaraq Qazaxıstandan olan beynəlxalq usta Nurlan İbrayevin şahını mat edib.
Trend bildirir ki, beləliklə, Ş.Məmmədyarov "sifarişlə" ikinci partiyada qələbə qazanaraq tay-breykə keçib.
Teymur Rəcəbov argenitinalı Dieqo Flores ilə görüşdən sonra, deyəsən məqsədinə yaxınlaşır. Partiya davam edir.