...

Apellyasiya Məhkəməsində Bakı metropoliteninin sabiq işçiləri ilə bağlı apellyasiya şikayətinə baxılmasına xitam verilib

Cəmiyyət Materials 2 Dekabr 2005 18:42 (UTC +04:00)

Dekabrın 2-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyi ilə "Bakı Soveti" metrostansiyasnının sabiq işçilərinin işi üzrə keçirilən məhkəmə iclasında yekun qərar çıxarılıb. Bu barədə Trend ə hakim Həmid Həmidov məlumat verib.

Hakim bildirib ki, zərərçəkmişlər apellyasiya şikayətlərini geri göturdüklərinə görə, şikayətə baxılmasına xitam verilib.

Həmid Həmidov: "Bakı metropoliteninin "Bakı Soveti" stansiyasında baş vermiş hadisə ilə əlaqədar barələrində məhkəmə hökmü çıxarılmış metropoliten işçilərinə qarşı 7 nəfər zərərçəkmiş tərəfindən mülki iddia qaldırılmışdı. Bu gün həmin zərərçəkmişlərdən 6-sı apellyasiya şikayətlərini geri götürdülər. İddiasını geri götürmək istəməyən zərərçəkən Habil Zamanovun da iddiası baxılmamış saxlanıldı. İlkin instansiya məhkəməsinin hökmündə Habil Zamanovun sifətindəki xəsarət ağır xəsarət kimi göstərilmişdi. Bizsə işə baxaraq bu xəsarətin ağır xəsarət kimi qeyd edilməsini işdən xaric etdik. Çünki qanuna görə, sifətin eybəcərləşməsi ancaq o vaxt ağır xəsarət kimi qəbul oluna bilər ki, bu xəsarət sifəti izi silinməz dərəcədə eybəcərləşdirilsin. Sadəcə olaraq, ilkin instansiya məhkəməsi qərar çıxararkən bu halları nəzərə almamışdı".

Qeyd edək ki, iyun ayının 20-də Bakı metropoliteninin "Bakı Soveti" stansiyasında baş vermiş hadisə zamanı bir nəfərin ölüb, bir neçə nəfərsə bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti