...

Apellyasiya Məhkəməsinin hakimi Şahin Yusifov Canmirzə Mirzəyevin şikayətinə baxmaqdan imtina edib

Cəmiyyət Materials 6 Dekabr 2005 18:22 (UTC +04:00)

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Şahin Yusifov Canmirzə Mirzəyevin apellyasiya şikayətinə baxmaqdan imtna edib. Bu barədə Trend ə Canmirzə Mirzəyev məlumat verib.

Hakim Şahin Yusifov 2000-ci ildə C.Mirzəyevə qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə iclasına sədrlik edib. C.Mirzəyevin 8 illik həbs cəzasına məhkum edilməsi hökmünü də həmin hakim çıxarıb. Təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin ləğv olunması ilə bağlı eyni hakim tərəfindən qərar çıxarılması isə qanunaziddir. Hakim bunu nəzərə alaraq şikayətə baxmaqdan imtina edib.

Yaxın günlərdə şikayət ərizəsi Apellyasiya Məhkəməsinin digər hakimlərindən birinin icraatına veriləcək.

Qeyd edək ki, kontr-admiral Eduard Hüseynovun qətlinin təşkilatçılığında təqsirləndirilərək 2000-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ildə isə mərhum ölkə başçısı Heydər Əliyev tərəfindən əfv olunub. Məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etsə də həmin məhkəmə ərizəni təmin etməyib. Məhkəmə bu qərarını C.Mirzəyevin Məhkəmə Qəraralarının İcrası Baş İdarəsinin tabeliyində olan 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən iki dəfə daxili nizam-intizamı pozması ilə əsaslandırıb.

C.Mirzəyev məhkəmənin qərarından narazı qalaraq apellyasiya şikayəti verib.

Xəbər lenti

Xəbər lenti