...

ABŞ-da Azərbaycan musiqiçisinin "Açılmamış xəzinə" adlı diski çıxıb

Cəmiyyət Materials 7 Dekabr 2005 11:17 (UTC +04:00)

ABŞ-da Azərbaycanın tanınmış kamança ustası İmamyar Həsənovun "Açılmamış xəzinə" ("An Undiscovered Treasure") adlı diski çıxıb. Trend in xəbər verdiyi kimi, diskə Azərbaycanın T.Quliyev, F.Əmirov, A.Məlikov kimi məşhur bəstəkarlarının əsərlərindən başqa, musiqiçinin "Çahargah muğamı əsasında rapsodiya"sı və Bayatı-Şiraz və Çahargah muğamları əsasında improvizasiyaları da daxildir.

İ.Həsənovun qastrol çıxışlarının fərqli cəhəti onun xaricdə Azərbaycan mədəniyyətini təbliğ etmək üçün hər cür imkandan istifadə etməsidir. O, www.kamancha.com saytının müəllifidir. Burada Azərbaycanın musiqi mədəniyyətində kamançanın rolu və əhəmiyyəti haqqında qısa tarixi məlumat verilib.

Vasif Adıgözəlovun yubileyi zamanı musiqiçi bəstəkara özünəməxsus musiqi töhfəsi verib. O, "İpək yolu" festivalında İndiana universitetinin orkestri ilə birlikdə yubilyarın "Sevinc süitası"nı Amerika xalqına təqdim edib.

2006-cı ilin iyununda İ.Həsənov Vaşinqton filarmoniyasının Simfonik orkestri ilə birlikdə çıxış etmək təklifi alıb.

Xəbər lenti

Xəbər lenti