...

FİFA hakimi Fariz Yusifov Birliyin Kubok matçına hakimlik edəcək

Cəmiyyət Materials 15 Dekabr 2005 16:05 (UTC +04:00)

FİFA-nın azərbaycandan olan hakimi Fariz Yusifov yanvarın ortalarında Moskvada başlayacaq Birliyin Kubok oyunlarına ezam olunub.

AFFA-dan Trend ə verilən məlumata görə, hər il bu yarışın matçlarına MDB-nin və Baltik ölkələrindən olan bütün arbitrlər xidmət göstərib və bu il də istisna təşkil etməyib. F.Yusifov da milli çempionatın oyuknlarında nümayiş etdirdiyi dəqiq işinə görə Rusiya paytaxtına getmək hüququna malikdir.

Hələ Birliyin Kubokunda F.Yusifova neçə görüşün həvalə olunacağı məlum deyil. Belə ki, hər şey onun konkret yarışda hakimliyinin səviyyəsindən asılıdır. Əgər o, yarışın qrup mərhələsində özünü uğurla göstərə bilərsə, ona pley-off görüşlərinə hakimlik etmək də tapşırıla bilər.

Xəbər lenti

Xəbər lenti