...

Prokuror sabiq komissar Elçin Məmmədova 9 il 6 ay iş istədi

Cəmiyyət Materials 16 Dekabr 2005 18:47 (UTC +04:00)

Bu gün Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmədə hakim Qurbət Əsgərovun sədrliyi ilə küllü miqdarda rüşvət almaq, vəzifə saxtakarlığı, rəsmi sənədlləri saxtalaşdırmaq, hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilən bir qrup hərbçiyə prokuror iş istəyib.

Əzizbəyov rayonunun sabiq hərbi komissarı Elçin Məmmədova 9 il 6 ay, Firudin Məmmədova 8 il, Aslan Məmmədova 8 il 6 ay, Etibar Rzayev və Soltan Kərimova 10 il - hər birinə ayrılıqda azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Prokuror Toğrul Babayev, Mehman Həsənovun əməlini Cinayət məcəlləsinin 312.2-ci - rüşvəti vermədə vasitəçilik maddəsi ilə cəza verilməsini və onun məhkəmə zalında həbs edilməsini xahiş edib. Dekabrın 23-də vəkillərin çıxışı ilə proses davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti