...

Azərbaycan Xəzərdə bioloji ehtiyatların ovlanmasına vahid kvota tətbiq edilməsini təklif edir

Cəmiyyət Materials 20 Dekabr 2005 17:28 (UTC +04:00)

Azərbaycan Xəzər dənizində bioloji ehtiyatların ovlanmasına vahid kvota tətbiq edilməsini təklif edir. Dekabrın 20-də Trend ə AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bildirib.

"Əgər biz bioloji ehtiyatları qorumaq istəyiriksə, onda Azərbaycanın kvotasını digər ölkələr səviyyəsinədək artırmağı və yaxud bunu öz səviyyəmizədək azaltmağı təklif edirik" -deyə o bildirib.

Xəzər dənizinin bioloji ehtiyatları üzrə Komissiyasının Astanada keçirilmiş iclasının yekunlarına əsasən, Azərbaycanın 2006-cı ildə Xəzərdən nərə balığının ovlanmasına qoyulan Kvotası 8% endirilib. Xəzəryanı ölkələrdə nərə balığının 2006-cı ildə ovlanmasına ümumi kvota 23,2% endirilib. İclasın yekunlarına əsasən, tərəflər 2006-cı ildə nərə balığının ovlanmasına kvotanın endirilməsinə dair razılığa gəlib.: RF üçün 30,5% (2005-ci ildə 371 tondan 258 tonadək), İran üçün 16% (595 tondan 500 tonadək), Qazaxıstan üçün 12% (220-dən 195 tonadək) və Azərbaycan üçün 8% (100 tondan 92 tonadək).

Həmçinin 2006-cı ildə nərə balığı kürüsünün ixracına qoyulan kvotada dəyişikliklər edilib. Xüsusilə 2005-ci illə müqayisədə gələn il RF-nin qara kürü ixracına kvotası 21 tondan 3,9 tonadək, İran üçün 60 tondan 51 tonadək, Qazaxıstan üçün 15,9 tondan 13,2 tonadək və Azərbaycan üçün 6,7 tondan 6,5 tonadək azaldılıb.

Xəbər lenti

Xəbər lenti