...

Futbolun inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar yaradlılmış işçi qrupunun birinci müşavirəsi keçirilib

Cəmiyyət Materials 21 Dekabr 2005 15:57 (UTC +04:00)

Azərbaycanın Gənclər, İdman və Turizm nazirliyində Futbolun inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun birinci müşavirəsi keçirilib.

Trend in xəbər verdiyi kimi, nazir müavini Asif Əsgərovun rəhbərliyilə keçirilən görüş zamanı maddi-texniki baza, ölkədə futbolun inkişafı, klubların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələlər müzakirə olunub. İşçi qrupunun üzvləri yanvarın 22-nə kimi əsas məsələlərin həlli ilə bağlı fikirlərini bildirməlidir. Daha sonra təkliflər paketi hazırlanaraq respublikanın Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd etmək lazımdır ki, müşavirədə AFFA-nın vitse-prezidenti Rauf Əliyev və baş katibi Fuad Əsədov, həmçinin, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Vaqif Sadıqov və digər mütəxəssislər iştirak edib.

Xəbər lenti

Xəbər lenti