...

Həcc mövsümündə Azərbaycan dindarları şeyxülislamın başçılığı ilə ziyərət edəcəklər

Cəmiyyət Materials 26 Dekabr 2005 18:05 (UTC +04:00)

Bu Həcc mövsümündə Azərbaycandan olan zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılığı ilə ziyaərt edəcəklər. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Şeyxülislam yanvarın 1-də bir qrup zəvvarla təyyarə ilə Səudiyyə Ərəbistana uçacaq. Səudiyyə Ərəbistanına səfər zamanı şeyxülislamın bu ölkənin bir sıra rəsmi şəxsləri, digər ölkələrdən olan qrupların rəhbərləri ilə görüşü gözlənilir.

Xatırladaq ki, Azərbaycandan zəvvarların ilk qrupu dekabrın 24-də avtobuslarla yola düşüblər. Avtobuslar İpan-Türkiyə-Supiya-İopdaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edirlər. Yolda zəvvarların müsəlman dünyasının müqəddəs yerlərinə baş çəkmək imkanları da olacaq.

Xəbər lenti

Xəbər lenti