...

2005-ci ildə 60 jurnalist qətlə yetirilib, 200-ü həbs olunub

Cəmiyyət Materials 9 Yanvar 2006 13:46 (UTC +04:00)

2005-ci il ərzində dünyada 200 jurnalist həbs olunub, 60-ı isə qətlə yetirilib. Trend in məlumatına görə, bu hesabat Rusiya Jurnalistlər İttifaqının Ekstremal Jurnalistika Mərkəzinin materiallarından götürülüb. Hesabat Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən tərcümə edilib.

Azad söz sahəsində fəaliyyət göstərən QHT-lərin 2005-ci il dekabrın 8 və 9-da Londonda keçirilmiş 7-ci forumunda Böyük Britaniya parlamentinin üzvü doktor Kim Ouel bildirib ki, hal-hazırda dünyanın bir neçə ölkəsində söz azadlığı təzyiqə məruz qalır. Avropa Komissiyasının xarici əlaqələr üzrə Baş direktoratlığının hüquq və demokratlaşdırma şöbəsinin rəhbəri professor Rolf Timans isə Kuba, Belarus,Tunis və Özbəkistanı nümunə gətirərək bildirib ki, həmin ölkələrdə söz azadlığını boğmaq üçün hökümət senzura, təzyiq, cinayət prosesi və fiziki təcavüzdən istifadə edir.

Xəbər lenti

Xəbər lenti