...

Azərbaycan zəvvarlarının birinci qrupu yanvarın 13-dən etibarən vətənə qayıdacaq

Cəmiyyət Materials 12 Yanvar 2006 13:12 (UTC +04:00)

Hacı titulunu almış Azərbaycan zəvvarlarının birinci qrupu yanvarın 13-dən etibarən vətənə qayıtmağa başlayacaq. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Xatırladaq ki, birinci qrup zəvvarlar həcc ziyarətinə avtobusla yola düşmüşdür. Onların Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-İran-Azərbaycan marşrutunda heç bir dəyişiklik yoxdur.

Təyyarə ilə ziyarətə yola düşmüş zəvvarlar yanvarın 13-də Məkkədən Mədinəyə gedərək Məhəmməd peyğəmbərin və digər müqəddəslərin qəbrini ziyarət edəcək. Daha sonra Ciddəyə yola düşəcək zəvvarlar oradan Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti