...

ABU "Challenge Cup" yarışının dörddə bir final mərhələsinə çıxıb

Cəmiyyət Materials 16 Yanvar 2006 13:21 (UTC +04:00)

ABU qadın həndbol klubunun təkrar matçda İtaliyanın RIAM komandasına 33:36 hesabı ilə uduzaraq "Challenge Cup" dörddə bir final mərhələsinə çıxıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, 3 top hesabı iləç uduzmalarına baxmayaraq, növbəti mərhələyə məhz Rəfiqə Şabanovanın yetirmələri çıxıb. ABU-nun Bakıdakı ilk qarşılaşmada 36:26 hesabı ilə qalib gəldiyini nəzərə alaraq, komanda İtaliyada hətta 9 top fərqi ilə də uduza bilərdi.

Oyun barədə danışarkən qeyd etmək lazımdır ki, birinci taymda qalib müəyyən edilməyib və komandalar fasiləyə 19:19 hesabı ilə çıxıblar. Lakin fasilədən sonra meydan sahibləri azacıq üstünlük əldə edərək birinci matçda uduzmalaranın əvəzini çıxa biliblər.

Eyni zamanda, ABU-nun "Challenge Cup" yarışının dörddə bir final mərhələsində rəqibi bir qədər sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti