...

Əbülfəz Qarayev: Mədəniyyət sahəsində islahatlar mütəxəssislərin rəyi əsasında həyata keçiriləcək

Cəmiyyət Materials 1 Fevral 2006 16:35 (UTC +04:00)

Azərbaycanın daşınmaz əmlakının, tarixi abidələrinin qorunması yeni yaradılmış Mədəniyyət və Turizim Nazirliyinin fəaliyyətinin əsas istiqamətləridən biri olacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıqlama verib. O, bildirib ki, hal-hazırda Azərbaycanın qədim tarixi abidələrinin qorunub saxlanmasına böyük ehtiyac duyulur. Ona görə də nazirlik bu istiqamətdə işlər görəcək.

Əbülfəz Qarayev müsiqi sahəsində görüləcək işlərə də toxunub və bildirib ki, xalqın qarşısına ən layiqli, yüksək səviyyəli sənətçilər çıxarılmalıdır: "Azərbaycan xalqının haqqı çatır ki onun mədəniyyətini, musiqisini yüksək səviyyəli peşəkarlar təbliğ etsin. Hansısa müsabiqələr yolu ilə istedadlı musiqiçilər, ifaçılar üzə çıxarıla bilər. Yəqin ki, mədəniyyət sahəsindəki mütəxəssislərin rəyi əsasında bu siyasət həyata keçiriləcək. Ən yaxşı mədəniyyət nümunələrinin ortaya çıxarılmasına və təbliğinə şərait yaradılacaq"-deyə Ə.Qarayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti