...

Şahin Diniyev Məşqçilər Şurasını çağırıb

Cəmiyyət Materials 3 Fevral 2006 12:58 (UTC +04:00)

Avro-2008 püşkatmasının müzakirəsi məsələsi yanvarın 8-nə təyin olunan Məşqçilər Şurasının iclasında əsas mövzu olacaq.

Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, forumun gedişində klublardan idmançıların daha uzun müddətə milli komandaya cəlb edilməsinin imkanları müzakirə olunacaq. "Uyğunlanma üçün vaxt zəruridir. Yığmaya namizədlərin dairəsinin yekun olaraq çevrəsinin cızmaq üçün mənə mümkün qədər daha çox futbolçuya baxmaq lazımdır. Və düşünürəm ki, bu vəziyyətdə həmkarlarım məni başa düşərlər", - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, Məşqçilər Şourasının tərkibinə "Neftçi"nin baş məşqçisi Ağasəlim Miricavadov, yığmanın keçmiş baş məşqçisi Vaqif Sadıqov, "Bakı" komandasından Əsgər Abdullayev, "İnter"in sükançısı Anatoli Konkov və "Xəzər"dən Viktor Pasulko daxildir.

Xəbər lenti

Xəbər lenti