...

"Neftçi"nin gimnastları uğurla çıxış edib

Cəmiyyət Materials 6 Fevral 2006 15:57 (UTC +04:00)

Bakıda Olimpiya idmankompleksində "Neftçi" İSM-nin bədii gimnastika üzrə ilk açıq çempionatı keçirilib. Azərbaycan gimnastika Federasiyasının mətbuat xidmətində Trend ə bildirilib ki, turnirdə "neftçi"lərlə yanaşı DİN idman cəmiyyətinin və Bakı gimnastika məktəbinin nümayəndələri də çıxış edib.

Çempionatın mükafatları uğrunda çox növçülükdə 5 yaş qrupunda cəmi 37 iştirakçı yarışıb.1991-94-cü il təvəllüdlü gimnastlar arasında Nigar Əliyeva çempion olub. İkinci Alyona Kobina, üçüncü yeri isə Əminə Sultanova və Günəş Təbrizi bölüşdürüb. Fəxri kürsüyə qalxan gimnastların hamısı "Neftçi"nin yetirmələridir.

Digər yaş dərəcələrində qaliblərin üçlüyü belədir:

1995-96-cı il təvəllüdlülər

1. Valeriya Dmitriyeva - gimnastika məktəbi
2. Lalə Məhərrəmova - DİN
3. Mənsurə Mehdiyeva - DİN

1997-ci il təvəllüdlülər

1. Əfsanə İsmayılova - "Neftçi"
2. Bahar Əsgərova - "Neftçi"
3. Həcər Qaliyeva - "Neftçi"

1998- ci il təvəllüdlülər

1. Aynur Mustafayeva - "Neftçi"
2. Həcər Məlikova - "Neftçi"
3. Könül Quliyeva - "Neftçi"

1999-2000- ci il təvəllüdlülər

1. Nahidə Əhmədli - "Neftçi"
2. Mədinə Əsgərova - "Neftçi"
3. Əminə Məmmədzadə - "Neftçi"

"Neftçi"nin sədri, Milli Məclisin deputatı Rauf Əliyev çempionatın yekunlarını şərh edərkən bəyan edib ki, belə turnirlər ölkədə bədii gimnastikanın inkişafına kömək edir. O, həm də əmin olduğunu bildirib ki, mərkəzin gimnastları bu ay keçiriləcək Bakı birinciliyində uğurla çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti