"Neftçi" futbol klubu milli çempionatın ikinci dövrəsinə hazırlıq çərçivəsində Antalyada təlim- məşq toplanışlarını uğurla başa vurub.
Trend in xəbər verdiyi kimi, Ağasəlim Mircavadovun yetirmələri və Kazanın "Rubin" komandası arasında görüş 2:2 hesabla başa çatıb. Rusiya qapısına hər iki qolun müəllifi Georgi Adamiyadır.
Birlik Kubokunun qaliblərini Azərbaycan birincliyi uğrunda gərgin mübarizə gözləyir. Lakin Moskva turnirində qələbə kluba yenə də birinci olmağa imkan verəcək katalizator ola bilər.