...

Aşura günü QMİ Heydər Əliyev Fondu ilə birgə donor qanı verilməsini təşkil edib

Cəmiyyət Materials 9 Fevral 2006 14:43 (UTC +04:00)

Fevralın 9-da bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da müsəlmanların müqəddəs ayı olan Məhərrəm ayında baş vermiş ən mühüm hadisə - Aşura günü qeyd olunur. Qafqaz müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Akif Ağayev Trend ə bildirib ki, bu gün bütün məscidlərdə və digər müqəddəs yerlərdə ayrıca matəm tədbirləri keçirilir.

O, bildirib ki, tədbirlər sakit keçirilir, bütün təhlükəsizlik qaydalarına riayət olunur. QMİ-nin rəsmi nümayəndəsinin sözlərinə görə, bu gün QMİ Heydər Əliyev Fondu ilə birgə Təzə Pir və Əjdər məscidlərində talassemiya xəstələri üçün donor qanının könüllü verilməsi ilə bağlı tədbir təşkil edilib. AR səhiyyə Nazirliyinin Hemotologiya və Transfiziologiya İnstitutunun həkimləri və tibb personalı talassemiya Mərkəzi qan Bankı üçün donor qanı qəbul edir.

'Xatırladırıq ki, bu günlərdə QMİ rəhbərliyi ölkənin bütün müsəlmanlarına müraciət edərək onları dini matəmi sakit, özünə xətər yetirmədən keçirməyə, müqəddəs yerlərdə ümumi qaydalara riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti