...

Boks üzrə Dünya Kubokunun sahibi hakimlik edəcək

Cəmiyyət Materials 13 Fevral 2006 12:46 (UTC +04:00)

Boks üzrə Dünya Kubokunun sahibi, Afina Olimpiadasının iştirakçısı Rövşən Hüseynov Azərbaycan çempionatında hakimlik edəcək.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə bildirdiyi kimi, 2004-cü il Oyunlarından sonra idmandan getməyə qərar vermiş istedadlı atlet fəaliyyətini hakim kimi davam etdirəcək. "Rövşən artıq bu istiqamətdə müəyyən iş təcrübəsinə malikdir, axı o, 1996-cı ildə Atlanta Olimpiadası ərəfəsində düşdüyü qəzadan sonra hakimlik edib. İndi hakimlik karyerası onun öz əlindədir", - deyə Ə.Əbiyev vurğulayıb.

Onun sözlərinə görə, R.Hüseynovun müxtəlif daxili yarışlarda tez-tez hakimlik etməklə beynəlxalq dərəcə almaq şansı da var.

Xəbər lenti

Xəbər lenti