...

Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi dəyişməyib

Cəmiyyət Materials 15 Fevral 2006 16:03 (UTC +04:00)

Azərbaycan yığmasının mövqeyinə FİFA-nın açıqladığı fevral reytinqində dəyişiklik edilməyib.

Trend bildirir ki, növbəti təsnifatın yekunlarına əsasən, komanda üç yüz doxsan iki xalla yüz on dördüncü yeri tutur. Barbados yeddi xalla Şahin Diniyevin yetirmələrindən geri qalır. Maraqlıdır ki, yüz dördüncü yerdən yüz on doqquzuncu yerədək mövqe tutan on altı komandanın reytinqi dəyişməz qalıb və yığmalar əvvəlki yerlərində qalıb.

Eyni zamanda liderliyi beş dəfə dünya çempionu braziliyalılar əldə saxlayır, sonra çexiyalılar, üçüncü isə Hollandiya yığmasıdır. İlk onluqda həmçinin Argentina, Fransa, İspaniya, Meksika, ABŞ, İngiltərə və Portuqaliya yığmaları da yer alır.

Xəbər lenti

Xəbər lenti