...

Akif Əlizadə: Xəzərdə suyun səviyyəsi 1 metrdən artıq qalxıb

Cəmiyyət Materials 15 Fevral 2006 18:08 (UTC +04:00)

Son illər ərzində Azərbaycan ərazisində tektonik fəallıq müşahidə olunur. Tez-tez zəlzələlər baş verir və Xəzər dənizində suyun səviyyəsində qalxma və enmələr müşahidə olunur. Trend in məlumatına görə, bu barədə fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsi artıb. Hazırki anda suyun səviyyəsində artım normal səviyyədən 1 metrdən çox yüksəkdir. "Hazırda Azərbaycan dəniz səviyyəsindən 27 metr aşağıda yerləşir", - deyə A.Əlizadə bildirib. Onun sözlərinə görə, bu göstərici əvvəllər 28 metr səviyyəsində qeydə alınmışdı.

"Bütün bu təbiət dəyişikliklərini nəzərə alaraq, Glologiya İnstitutun, Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin mütəxəssisləri ilə Geofizika İnstitunun alimlərinin birgə hazırladığı Bakının mikroseysmik rayonlaşdırma xəritəsinin yaradılması çox vacibdir.

Xəritənin yaradılması Bakı İcra hakimiyyətinin müraciəti əsasında hazırlanıb və artıq baxılmaq üçün onlara təqdim edilib.

Xəbər lenti

Xəbər lenti