...

Gənclər və idman naziri Azad Rəhimov aparıcı məşqçilərlə görüşəcək

Cəmiyyət Materials 17 Fevral 2006 11:45 (UTC +04:00)

Fevralın 17-də gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsinin qərargah mənzilində respublikanın aparıcı məşqçiləri ilə görüş keçirəcək.

Trend in xəbər verdiyi kimi, görüş tanışlıq xarakteri daşıyacaq və bu yaxınlarda vəzifələrinin icrasına başlayan yeni təyin olunmuş nazirə Azərbaycanın aparıcı mütəxəssisləri rəsmən təqdim olunacaq. Tərəflərin müxtəlif məsələləri, o cümlədən bu və ya digər yığmanın 2006-cı ilin məsuliyyətli yarışlarına hazırlıq planını müzakirə edəcəyi gözlənilir.

Eyni zamanda məşqçilər A.Rəhimovla komandaların idmanın müxtəlif növlərinə hazırlığı, onların Avropa, Dünya çempionatlarında və Olimpiya oyunlarında iştirakı potensialı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti