...

Azərbaycanın sərbəst güləş üzrə komandası İranda keçirilən turnirdə iştirak edir

Cəmiyyət Materials 21 Fevral 2006 16:35 (UTC +04:00)

Azərbaycanın sərbəst güləş üzrə komandası fevralın 21-də İranın Sar şəhərində Qulamrza Taxtinin xatirəsinə keçirilən beynəlxalq turnirdə iştirak edirlər.

Güləş Federasiyasının baş katibi Mətləb Həsənovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Royal İsmayılov və Elçin Həsənov (hər iki 55 kq), Bünyad Məmmədov (60 kq), Tofiq Səlimov (66 kq), Aqil Quliyev (74 kq), Elşad Yusifov (84 kq) və Araz Cəfərov (120 kq) daxildirlər.

Sardakı bir çox tanınmış idmançıların ənənəvi olaraq iştirak etdiyi nüfuzlu turnirdə Rusiyadan, Türkiyədən, ukraynadan və bir çox ölkələrdən idmançıların iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti