...

Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları həmrəyliyə çağıran bəyanat qəbul edib

Cəmiyyət Materials 23 Fevral 2006 18:54 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası tərəfindən İraqın Samərra şəhərində İslamın müqəddəs ziyarətgahlarından sayılan İmam Həsən Əsgəri məscidində törədilən dəhşətli terror aktını pisləyən bəyanat qəbul edilib. Trend xəbər verir ki, bəyanatda belə təxribatların məqsədinin müsəlmanlar arasında məzhəb ixtilafı salmaqla islamı zəiflətmək olduğu göstərilib.

Bu cinayətin dinlə heç bir əlaqəsi olmadığı və məkrli siyasi xarakter daşıdığı bəyan edilərək bildirilir ki, demokratiya və insan azadlıqları böyük insan tələfatına gətirib çıxaracaq və bu, milli zəmində təfriqə salmaq yolu ilə bərqərar edilə bilməz.

Bəyanatda islama qarşı qərəzli və ardıcıl hücumların geniş vüsət aldığı indiki şəraitdə müsəlmanlar süni şəkildə bir-birinə qarşı durmamağa, islama daxildən zərbə vurmağa yönəlmiş kənar fitnələrə uymamağa, islam düşmənlərinin əlində alətə çevrilməməyə, məzhəb ayrıseçkiliyinə, milli etnik separatçılığa yol verməməyə, parçalanmamağa, sıralarını daha da sıx birləşdirərək həmrəyliklə cavab verməyə çağrılır.

Xəbər lenti

Xəbər lenti