...

İlin sonunadək "Din azadlığı haqqında" Qanuna dəyişikliklərin edilməsi gözlənilir

Cəmiyyət Materials 24 Fevral 2006 11:12 (UTC +04:00)

İlin sonunadək "Din azadlığı haqqında" Qanuna dəyişiklik və düzəlişlər edilə bilər. Bu barədə Trend ə Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu qanuna dəyişiklik və düzəlişlərin yaxın gələcəkdə Milli Məclis tərəfindən "Alternativ hərbi xidmət haqqında" Qanunun qəbul edilməsi ilə əlaqədar həyata keçirilməsi planlaşdırılır. Dövlət Komitəsində hesab edirlər ki, qanun dövlətlə dini icmalar arasında daha çox şəffaflığı təmin etməli, o cümlədən ekstremizm ideyalarını yayan və dindən siyasi məqsədlərlə istifadə etməyə çalışan şəxslərə qarşı konkret tədbirlərin görülməsini nəzərdə tutmalıdır.

Xatırladaq ki, hazırda qüvvədə olan "Din haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti