...

Azərbaycanın Təhsil Nazirliyi QİÇS-lə mübarizə ilə bağlı tədbirləri gücləndirir

Cəmiyyət Materials 25 Fevral 2006 14:11 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın Təhsil Nazirliyi məktəblərdə QİÇS-lə mübarizə üzrə maarifləndirmə işlərinin keçirilməsi üzrə tədbirləri gücləndirir. Nazirlikdən Trend ə verilən məlumata görə, idarə Səhiyyə Nazirliyi ilə birgə BMT-nin İnkişaf Proqramının maliyyələşsi ilə həyata keçirilən "Azərbaycanda QİÇS-ə qarşı tədbirlərin gücləndirilməsi" layihəsi çərçivəsində əlavə addımların atılmasını planlaşdırır.

Nazirlikdə layihənin reallaşdırılması üçün İşçi qrup yaradılıb ki, buraya təcrübəli müəllimlər, pedaqoqlar, psixoloqlar, eləcə də tibb işçiləri daxildir. İşçi qrupun vəzifəsi ümumtəhsil məktəblərində sağlam həyat vərdişlərinin formalaşması üçün vəsaitlərin hazırlanmasından ibarətdir.

Layihə çərçivəsində fevralın 28-dən martın 2-nə qədər beynəlxalq ekspertlərin iştirakı ilə 3 günlük seminar təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti