...

Moskvada Xocalı soyqırımının ildönümü geniş şəkildə qeyd olunub

Cəmiyyət Materials 27 Fevral 2006 11:23 (UTC +04:00)

Trend-i buradan izləyin

Fevralın 26-da Moskvada Rusiyadakı Azərbaycanlı Gənclərin Koordinasiya Şurası tərəfindən "Rossiya" mehmanxanasında, "Zaryadye" kinoteatrında Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Trend in məlumatına görə, tədbirdə müxtəlif millətlərin nümayəndələri, həmçinin, Rusiya Dövlət Dumasının deputatları, Rusiya Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri, Konqo Respublikasının Rusiyadakı səfirliyinin baş katibi, Serbiyanın Rusiyadakı səfirliyinin hərbi attaşesi ve başqa qonaqlar da olmaqla 450-dən çox adam iştirak edib. Tədbirə həmçinin "RİA Novosti", "Lider TI", "INterAz-TV", "Qolos

Rossii" və digər kütləvi informasiya vasitələri də cəlb olunmuşdu.

Azərbaycanın dövlət himni ilə başlanan tədbirdə Xocalı soyqırımı qurbanlarının, o cümlədən Moskvada Bauman bazarının damının çökməsi nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi yad edilib. Xocalıda baş vermiş vəhşiliklər haqqında hazırlanmış slaydlar iştirakçılara göstərilib. Rəsmi hissədə Azərbaycanın Rusiyadakı Səfirliyinin birinci katibi Anar İmanov, Dünya Azərbaycanlıları Konqresinin (DAK) MDB mərkəzinin sədri Xanlar Abulov, Rusiyadakı Azərbaycanlı Gənclərin Koordinasiya Şurasının sədri Siyavuş Məmmədov və digər şəxslər çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, erməni vəhşiliklərindən danışıblar. Sonra Gənclər təşkilatının "InterAz" teleşirkəti ilə birgə hazırladığı Xocalı həqiqətlərinə dair film nümayiş etdirilib.

Rusiyadakı Azərbaycanlı gənclərin Koordinasiya Şurası bu il də Xocalı faciəsinə aid "Genosid Azerbaydjanchev i Xodjalı" adlı yeni kitab çap etdirib.

Xəbər lenti

Xəbər lenti