...

Azərbaycanın Giləzi quş fabrikində "quş qripi" aşkar olunub

Cəmiyyət Materials 28 Fevral 2006 12:32 (UTC +04:00)

Azərbaycanda "quş qripi"ndən xəbərdarlıq məqsədilə hazırda profilaktik, epidemiya əlehinə və epizootik xəsstəliklər əleyhinə kompleks tədbirlər həyata keçirilir.

Trend in verdiyi xəbərə görə, quş qripinin qarşısının alınması üzrə Dövlət Komissiyası və bu sahədə birgə fəaliyyət göstərən strukturlara, rayon baytarlıq idarələrinə dezinfeksiyaedici vasitələr, çiləyicilər və xüsusi paltar göndərilib.

Vəhşi quşlar və və ev quşları arasında növbəti monitorinq keçirilib. Aparılan müşahidələr və analizlər gedişində vaəhşi quşların yeni qışlama yerləri müəyyən edilməyib.

Bu il fevralın 9-da Giləzidəki quş fabrikində "nyukaslov xəstəliyi" aşkar edilmişdi. Fevralın 22-də fabrikdən götürülən nümunələrin müayinəsi zamanı "quş qripi" aşkar edilib. Hazırda fabrikdə və ona bitişik olan ərazilərdə müvafiq təlimata əsasən karantin elan edilib və baytarlıq sanitar tədbirləri həyata keçirilir.

Əhalinin diqqətinə ev quşlarının vəhşi quşlarla əlaqəsinə imkan verməyin düzgün olmadığı və onları qapalı şəraitdə saxlamağın vacibliyi bir daha çatdırılıb. Bu onların sağlamlığı üçün çox vacibdir.

Rayon komissiyalarına heyvandarlıq və quşçuluq tullantılarını məhv etməyin qaydalarına, karantin tədbirlərinə, sanitar işlərinə və dbezinfeksiya məsələlərinə ciddi riayət etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti