...

Ombudsman Elmira Süleymanova Kazanda keçirilən beynəlxalq seminarda iştirak edib

Cəmiyyət Materials 28 Fevral 2006 19:36 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Tatarıstanın paytaxtı Kazan şəhərində "Dialoq, tolerantlıq və təhsil: Avropa Şurası və dini konfessiyaların birgə fəaliyyəti" mövzusunda keçirilmiş beynəlxalq seminarda iştirak edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib. Tədbirdə Avropa ölkələrinin müxtəlif dini konfessiyalarının rəhbərləri, tanınmış din xadimləri, dinşünas alimlər, beynəlxalq təşkilatların nümayəndələri, Rusiyanın, Tatarıstanın ombudsmanları, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digər qonaqlar iştirak ediblər.

Elmira Süleymanova tədbirdə çıxış edərək keçmiş postsovet məkanında din və insan azadlıqları sahəsində müsbət irəliləyişlərin olduğunu, dini etiqadlara hörmətlə yanaşıldığını deyib. O, həmçinin bildirib ki, son zamanlar bəzi Avropa ölkələrində islam dininə qarşı yönəlmiş təbliğatlar mənəvi dəyərlərə, dinlərarası münasibətlərə zərbə vurur, fərqli dinlərə etiqad edən xalqlar arasında nifaq yaradır. E.Süleymanova Azərbaycanda dini tolerantlıq, milli azlıqlar və insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən də danışıb.

Xəbər lenti

Xəbər lenti