...

"Quş qripi" ilə mübarizə çərçivəsində Baytarlıq Xidmətinə 2,4 milyon AZN ayrılıb

Cəmiyyət Materials 1 Mart 2006 15:04 (UTC +04:00)

Azərbaycanda quş qripinin qarşısının alınması üzrə Dövlət Komissiyasının qərarı ilə bütün dövlət strukturlarının birgə fəaliyyətinin əlaqələndirilməsi üçün Baytarlıq Xidmətinə 2,4 min AZN vəsait ayrılıb. Trend in məlumatına görə, bu barədə martın 1-də Xidmətin rəhbərinin müavini Emin Şahbazov məlumat verib.

Qərar komissiyanın fevralın 28-də keçirilən iclasında çıxarılıb.

Onun sözlərinə görə, vəsait əsasən dezinfeksiyaedici maddələrin, müxtəlif müdafiə vasitələrinin və dezinfeksiya üçün avtomaşınların alınmasına xəroclənib.

Giləzi quşçuluq müəssisəsində virusun aşkara çıxarılması məsələsinə toxunan E.Şahbazov qeyd edib ki, orada artıq karantin elan olunuö və müvafiq işlər həyata keçirilir. Bu rayonda daimi nümayəndə- Xızının böaş baytar həkimi və Epizootiya əleyhinə Ekspedisiyanın rəhbəri var.

Xəbər lenti

Xəbər lenti