...

Millət vəkilləri bölgələrə ezam ediləcək

Cəmiyyət Materials 7 Mart 2006 18:35 (UTC +04:00)

Parlamentin insan hüquqları daimi komissiyasının üzvləri bölgələrə ezam ediləcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə adıçəkilən komissiyanın sədri Rəbiyyət Aslanova bildirib.

Komissiya sədri qeyd edib ki, məqsəd bölgələrdə insanların hüquqlarının hansı səviyyədə qorunması və problemləri ilə yerindəcə tanış olmaqdır: "Hər ayın sonuncu günü insan hüquqları daimi komissiyasında şikayətçilərin qəbulu keçirilir. Şikayətçilərin müxtəlif bölgələrdən olduğunu və Bakıya gəlməkdə çətinlik çəkdiklərini nəzərə alıb belə qərara gəlmişik ki, özümüz onların yaşadıqları ünvanlarda qəbul günlərini təşkil edək".

R.Asalnova onu da qeyd edib ki, bölgələrə səfər edən millət vəkilləri eyni zamanda parlament tərəfindən qəbul edilən qanunların necə həyata keçirilməsi ilə də tanış olmaq imkanı əldə edəcəklər. Komissiya üzvlərinin ilk səfər edəcəkləri bölgənin isə şimal-qərb olacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti