...

Azərbaycanlı fiqurlu konkisürən Emma Hacıyeva dünya birinciliyini vaxtından əvvəl başa vurub

Cəmiyyət Materials 11 Mart 2006 13:12 (UTC +04:00)

Azərbaycanlı fiqurlu konkisürən Emma Hacıyeva Lyublyanada keçirilən dünya birinciliyinin əsas mərhələsinə düşə bilməyib.

Trend in xəbər verdiyi kimi, təsnifat mərhələsində 18-ci yerdə qərarlaşan Emma "A" və "B" qruplarında idmançıların çıxışılarının nəticələrinə görə final raundundan kənarda qalıb. Medal uğrunda mübarizəni isə 31 fiqurlu konkisürən davam etdirib. Emma yarışı argentinalı Natalya Aleksandra Mitsuoka, erməni Anya Vardanyan, bosniyalı Naida Aksamica, belorus Yuliya Şeremet, bolqar Manuel Stanukova, xorvat Zelka Krijmaniç, danimarkalı Miya Briqs, macar Byanka Padar, israilli Rimma Bela və daha 11 idmançı ilə vaxtından əvvəl tərk edib.

Birinci yeri isə yapon Mao Asadanı və amerikalı Kristin Jukovskini geridə qoymuş Cənubi Koreyadan olan Yu Na Kim tutub.

Xəbər lenti

Xəbər lenti