...

Azərbaycanın Təhsil Nazirliyi ali təhsil müəssisələrində təhsilin kredit sistemi üzrə əsasnaməsini hazırlayır

Cəmiyyət Materials 14 Mart 2006 18:13 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyində "Ali təhsil müəssisələrində təhsilin kredit sistemi üzrə əsasnaməsi" və "Bakalavrların hazırlanması üzrə minimal dövlət tələblərinin strukturu" layihələri işlənib hazırlanır. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Sənədlər tərkibinə bu sahənin mütəxəssislərinin daxil olduğu xüsusi işçi qrupu tərəfindən hazırlanır. Hər iki sənəd yaxın günlərdə baxılmaq üçün ölkənin ali təhsil müəssisələrinə təqdim olunacaq.

Nazirlikdən qeyd edilib ki, artıq dövlət strukturu Azərbaycan Dövlət İqtisad Universiteti və Xarici Dillər Universitetinin kreditləşdirilməsi prosesinə başlayıb. İlin sonunda nazirlik bu universitetlərdə monitorinq aparmaq, həmçinin, bu prosesə ali dövlət təhsil müəssisələrinin bir sıra fakultələrini də cəlb etmək niyyətindədir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin kreditləşdirilməsi Azərbaycanın keçən il qoşulduğu Baloniya prosesinin tələblərindən biridir.

Xəbər lenti

Xəbər lenti