Azərbaycanın otüstü xokkey üzrə qadın yığması martın 24-də Bakıda başlayacaq beynəlxalq turnirin ilk oyununda Ukrayna komandası ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi Adil Paşayev Trend ə bildirib ki, turnir cədvəlinə görə, martın 25-də İtaliya və Ukrayna komandaları görüşcək, gündüz isə Azərbaycan xokkeyçiləri "Skuadro Adzurro" ilə qarşılaşacaq. Yarışlar martın 29-dək davam edəcək, belə ki, iştirakçıların sayı az olduğuna görə hər bir yığma öz rəqibləri ilə iki görüş keçirəcək. Romada keçiriləcək dünya çempionatının təsnifat oyunları ərəfəsində yoxlama turniri olan bu yarışda daha çox xal toplamış kollektiv qalib olacaq.
Xatırladaq ki, bu mövsümdə kollektiv cənubi Afrikanın Durban şəhərində keçirilmiş yarışda çıxış edərək üçüncü yeri tutub.