...

Azərbaycanın futbol yığması Rusiya Futbol Birliyindən təklif alıb

Cəmiyyət Materials 17 Mart 2006 13:43 (UTC +04:00)

Azərbaycanın futbol yığması Rusiya komandasına qarşı yoldaşlıq oyunu keçirmək təklifi alıb.

Trend in xəbər verdiyi kimi, Rusiya Futbol Birliyi (RFB) görüşü avqustun 16-da keçirməyi təklif edir. Ancaq bu tarixdə komanda Kiyevdə ukraynalılarla oyun keçirməyi planlaşdırıb. Buna görə də Assosiasiya yoxlama görüşünün bir qədər tez, iyun və ya iyul aylarında keçirilməsi imkanlarını müzakirə etmək niyyətindədir.

Yığma üçün baş məşqçi axtarışında olan RFB-nin bu təşəbbüsə necə münasibət göstərəcəyi hələlik məlum deyil. Bu ölkənin milli komandasına Almaniyada keçirilmiş dünya çempionatında Avstraliyanı finala çıxarmış hollandiyalı mütəxəssis Quus Hiddinkin rəhbərlik edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti