...

Gürcüstanda 9 azərbaycanlıya qarşı məhkəmə martın sonuna planlaşdırılıb

Cəmiyyət Materials 22 Mart 2006 19:26 (UTC +04:00)

Gürcüstan vətəndaşı olan, iğtişaş, nəqliyyat yollarının bağlanması və hüquq-mühafizə orqanlarına müqavimət göstərməkdə ittiham edilən 9 azərbaycanlıya qarşı ilk məhkəmə dinləmələri martiın sonuna planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

O, bildirib ki, Gürcüstanın Marneuli rayon prokurorluğunun martın 22-nə olan məlumatına görə, saxlanılan 7 yerli sakinlə yanaşı daha 2 azərbaycanlı da axtarışdadır.

Qeyd edək ki, Marneuli sakinləri, onların fikrincə, torpaq sahələrinin ədalətsiz bölünməsinə qarşı etiraz edərək yolu bağlayıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlardan bir neçəsi həbs edilib.

Eyni zamanda E.Poluxov bildirib ki, Gürcüstanın Qardabani rayonunun Vaxtanqisi kəndinin sakini, hüquq müdafiəçisi, bundan öncə, "hüquq-mühafizə orqanları nümayəndələrinə müqavimət göstərməsi və bədən xəsarətləri yetirməsinə görə" həbs edilmiş Telman Həsənov da həbsdədir. "T.Həsənovun 7 ay öncə həbs edilməsinə baxmayaraq ona qarşı istintaq tədbirləri davam etdirilir"- deyə diplomat qeyd edib və bildirib ki, Azərbaycanın diplomatik missiyası istintaqın gedişi ilə müntəzəm maraqlanır.

Xəbər lenti

Xəbər lenti