...

Teymur Rəcəbov: Super turnirlərə dəvət il ərzində keçirilən oyunlardan asılıdır

Cəmiyyət Materials 27 Mart 2006 13:26 (UTC +04:00)

"Super turnirlərə dəvət bir çox hallarda bütün il ərzində keçirilən oyunlardan asılıdır". Bu barədə Trend ə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov nüfuzlu yarışların təşkilatçıları tərəfindən həmin yarışlara dəvət olunması ehtimalını şərh edərkən bəyan edib.

Şahmatçı qeyd edib ki, öz ustalığını yüksəltmək üçün daim çalışacaq ki, Linares kimi çoxsaylı oyunlarda iştirak imkanı əldə etsin. Onun sözlərinə görə, iki start turunda məğlubiyyət olmasaydı, o, turnirdə qələbə uğrunda cəsarətlə mübarizə apara bilərdi.

Xatırladaq ki, Linaresdə Teymur dünya çempionu Veselin Topalovla eyni xal toplayaraq ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti