...

Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə MOKA-nın işində iştirak edəcək

Cəmiyyət Materials 30 Mart 2006 12:36 (UTC +04:00)

Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) yaxın günlərdə Seulda keçiriləcək konqresinin işində iştirak edəcək.

Ç.Hüseynzadə Trend ə bildirib ki, əsas müzakirə mövzusu Pekində keçiriləcək Olimpiada-2008-ə hazırlıq planı məsələsi olacaq. "Xüsusi diqqət tələb edən bir sıra mövzular da var. Xüsusilə, olimpiya obyektlərinin inşası, komandaların yerləşdirilməsi və bir çox digər məsələlər müzakirə ediləcək" -deyə vitse-prezident qeyd edib. Həmçinin MOK nümayəndələri oyunlarda seçim reqlamentini və bəzisi artıq bu mövsümdə başlayacaq lisenziyalı turnirlərin müddəti məsələlərini müzakirə edəcək.

Xatırladaq ki, bir-iki gün öncə ölkənin MOK rəhbərliyi oyunların proqnozları ilə bağlı müxtəlif federasiyaların hesabatlarını dinləyib.

Xəbər lenti

Xəbər lenti