...

Ağası Məmmədov Avropa çempionatında çıxış edə bilər

Cəmiyyət Materials 4 Aprel 2006 16:02 (UTC +04:00)

Afina Olimpiadasının boks üzrə bürünc mükafatçısı, avtomobil qəzasından sonra bərpa prosesi keçən Ağası Məmmədov iyulda keçiriləcək Avropa çempionatında çıxış edə bilər.

Yığmanın baş məşqçisi Məmməd Eyvazov Trend ə bildirib ki, 2003-cü ilin dünya çempionu qitə birinciliyinə namizəd kimi nəzərdən keçirilir. "Hazırda Ağası fiziki baxımdan qüvvəsini artırır və tezliklə sparrinqə başlayacaq. Həkimlər rinqə çıxması üçün ona xeyir-dua veriblər, buna görə də o, əsas yerlər uğrunda mübarizəyə tamamilə qoşula bilər" - deyə M.Eyvazov bildirib.

Məşqçinin sözlərinə görə, A.Məmmədov hələ yoxlama sparrinqlərdən keçməlidir, bundan sonra isə yığmanın tərkibi müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti