...

ABŞ Dövlət Departamenti 2005-2006-cı illərdə insan hüquqları və demokratiyanın dəstəklənməsi ilə bağlı hesabat dərc edib

Cəmiyyət Materials 6 Aprel 2006 14:18 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək Bürosu "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi: Amerikanın 2005-2006-cı illər hesabatı" məruzəsini dərc edib.

Trend in xəbər verdiyi kimi, hesabatda Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı deyilir ki, "seçkilər bir çox beynəlxalq standartlara uyğun keçirilməyib".

ABŞ səfiri il ərzində ən azı 50 dəfə KİV vasitələri ilə demokratik seçkilərə çağırıb. Amerika proqramlarında 1200 siyasi namizəd, parlament seçkilərinin keçirilməsilə məsul olan 1000 məmur və Seçki Məcəlləsinə uyğun ədalətli məhkəmə qərarları çıxarmaq üçün 500 hakim və vəkil iştirak edib.

"Hüquq normalarına hörməti təmin etmək məqsədilə ABŞ bu istiqamətdə müxtəlif proqramları (məhkəmə orqanları, prokurorluq və s. peşəkarlığının və təcrübəsinin artırılması) maliyyələşdirib, din azadlığına hörməti təşviq edib", - deyə məruzədə deyilir.

Xəbər lenti

Xəbər lenti