...

Yunanıstan hökuməti Zaqatala rayonunda Mosul kənd məktəbinin təmiri üçün 60 min avro ayıracaq

Cəmiyyət Materials 7 Aprel 2006 15:32 (UTC +04:00)

Yunanıstan hökuməti Zaqatala rayonunda Mosul kənd məktəbinin əsaslı təmiri üçün 60 min avro ayıracaq. Bu barədə Trend ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bu günlərdə Yunanıstan səfirliyinin nümayəndələri Azərbaycanın Təhsil Nazirliyində olub və məktəbin bərpası layihəsini müzakirə edib.

Təmir işlərinin sentyabrın 15-dək - yeni dərs ilinə kimi başa çatdırılmasına dair qərar qəbul edilib. Nümayəndələr bu günlərdə həmin məktəbə baş çəkməyi planlaşdırır.

Mosul kənd məktəbi 43 sinif otağından ibarətdir və burada 664 şagird təhsil alır.

Xəbər lenti

Xəbər lenti